"Neftçi" klubu yeni transferini reallaşdırıb.

Offsideplus.az "Neftçi TV"yə istinadən xəbər verir ki, bu, bolqarıstanlı hücumçu Əhməd Əhmədovdur.

26 yaşlı futbolçu Bolqarıstanın ÇSKA (Sofiya) klubundan mövsümün sonunadək icarəyə götürülüb.