"Keşlə"  Moldova milli komandasının yarımmüdafiəçisi Yevgeni Koçuku heyətinə qatıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Koçuk buna qədər Moldovanın "Daçia", Slovakiyanın "Jilina", Azərbaycanın "Səbail""Sabah" klublarında çıxış edib.

Bundan əlavə, 2015-ci ildən Moldova milli komandasına dəvət alan futbolçu, yığmada 25 oyun keçirib.