Şimali Makedoniya "Şkupi"sindən ayrılandan sonra klubsuz qlan Elvin Yunuszadənin futbolsuz günləri sona çatmaq üzrədi.

Offsideplus.az xəbər verir ki, sabiq yığma üzvü "Keşlə"ylə danışıq aparır və yaxın günlərdə tərəflər arasında müqavilə bağlanacaq.
Qeyd edək ki, 28 yaşlı müdafiəçi sonuncu dəfə ötən ilin sentyabrında "Şkupi"nin heyətində meydana çıxıb. (Fanat)