Azərbaycan VAR (video-köməkçi hakim) sisteminin tətbiq olunması ilə bağlı ilkin prosesə müvafiq protokollara uyğun olaraq start verilib.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Qarşıdakı günlərdə bununla əlaqədar FIFA ilə videokonfrans formatında görüş keçiriləcək və mövcud vəziyyət, həmçinin həyata keçiriləcək işlər müzakirə olunacaq.

Xatırladaq ki, VAR sisteminin tətbiqi üçün hazırlıq və araşdırma mərhələsinə start verilməsi barədə AFFA İcraiyyə Komitəsi tərəfindən qərar qəbul edilsə də, COVİD-19 pandemiyası ilə əlaqədar proses bir müddət təxirə salınıb.