“Səbail” futbolçusu Bahadur Həziyevin klub ilə müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçiyə azad agent statusu verilib.

Qeyd edək ki, "dənizçilər" 2020-ci ilin yayında Bahadur Həziyevlə müqaviləni uzatmışdılar.