“Kəpəz” Azərbaycan kubokunda 100-cü oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, yubiley 1/4 final mərhələsinin “Keşlə” ilə matçına təsadüf edib. Bu qarşılaşmayadək 99 görüşə çıxan qərb təmsilçisi 0:2 hesabı ilə uduzub. Turnirdə 1992-ci ildə debüt edən “Kəpəz” 57 qələbə qazanıb, 15 heç-heçə edib və 28 dəfə məğlub olub. Gəncəlilər 180 qol vurub, 104-nü buraxıb.

“Sumqayıt” isə Azərbaycan kubokunda 10-cu qələbəsini qazanıb. Bu, 1/4 final mərhələsinin “Səbail”lə cavab oyununa təsadüf edib.

2:1 hesablı qələbəyədək “kimyaçılar”ın aktivində 9 qalibiyyət var idi. Sumqayıtın eyniadlı komandası 27-ci matçında 10-cu qələbəni bayram edib. Bunlardan 3-ü evdə, 7-si səfərdə qeydə alınıb.