Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Kəpəz” – “Keşlə” oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Yaşar Vahabzadənin mətbuat konfransı keçirilib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis 0:2 hesablı ev məğlubiyyətinə şərh verib.

Vahabzadə komandasının uğursuzluğunu səhvlərlə izah edib: “Əks-hücumlarda istənilən kimi oynaya bilmədik. Müdafiədə səhvlərdən iki qol buraxdıq".

Qeyd edək ki, ilk oyunda da uduzan (0:1) I divizion təmsilçisi mübarizəni dayandırıb (Apasport).