Premyer Liqamızın ikinci yarısına hazırlığı davam etdirən “Sabah” klubu yoxlama oyununda gücünü sınayıb.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan U-19 yığması ilə qarşılaşıb.

 “Dalğa Arena”da keçirilən matç “göy-ağlar”in 3:0 hesablı qələbəsilə nəticələnib. Görüşdə qollarımıza Ramil Şeydayev, Amadu Diallo və Təmkin Xəlilzadə imza atıblar.