Azərbaycan Kubokunun 1/4 finalında "Qarabağ"la görüşdə "Qəbələ"nin iki futbolçusu xəsarət alıb.

Offsideplus.az xəbər verir ki, müdafiəçi Vinko Medimoreç və qapıçı Anar Nəzirov ilk hissənin sonlarında zədələnib. Anar Nəzirov ilk hissənin sonunda rəqibin yarımmüdafiəçisi Abdullah Zubirlə toqquşub və penaltiyə səbəb olub.

Medimoreçin yerinə Yurqen Roxa, Nəzirovun yerinə isə Tərlan Əhmədli oyuna daxil olub.