"Keşlə" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi "Sabah"la yollarını ayıran Yevgeni Koçuku sıralarına qatmaq niyyətindədir.

"Keşlə" Moldova millisinin də şərəfini qoruyan yarımmüdafiəçinin ölkəmizdə üçüncü klubu olacaq.

Qeyd edək ki, Koçuk bundan əvvəl  "Səbail" və "Sabah"da top qovub.