"Neftçi"nin futbolçusu Yusuf Laval Azərbaycana qayıtmaqla bağlı problem yaşayır.

Pasportunun vaxtı bitdiyinə görə müvafiq yerli orqanlara müraciət edən nigeriyalı oyunçu xeyli vaxtdır lazım olan sahib çıxa bilmirdi. Odur ki, qış fasiləsindən sonrakı matçlarda "ağ-qaralar" müəyyən mənada çətinlik çəkir.

Offsideplus.az klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevdən aldığı məlumat əsasında xəbər verir ki, Yusufun problemi həllini tapıb: "Futbolçumuzla hər gün danışırıq. Probleminin tezliklə həll olunması üçün əlimizdən gələni edirik. Az öncə baş menecer Qədir Həsənov Lavalla əlaqə saxlamışdı. Futbolçu pasportunun hazır olduğunu və bunun üçün sabah paytaxt Abucaya yollanacağını bildirdi. Sabah pasportunu alıb, dərhal Bakıya gələcək. Bu həftənin sonuna qədər komandaya qoşulacaq".

Qeyd edək ki, 22 yaşlı futbolçu çempionatda yaranmış fasilə ilə əlaqədar dekabrda vətəni Nigeriyaya yollanmışdı.

Без названия copy