Ölkə kubokunun 1/4 final mərhələsində "Neftçi"ylə baş tutan oyunda "Zirə"nin üç futbolçusu zədə səbəbindən meydana çıxmaqdan məhrum idi.

Ruslan Qurbanov, Lazar CorceviçAğabala Ramazanov kimi aparıcı futbolçular bu səbəbdən matçı kənardan izləmək məcburiyyətində qalmışdılar.

Offsideplus.az klubun mətbuat katibi Elmar Abdullazadədən aldığı məlumat əsasında xəbər verir ki, futbolçuların yaşıl meydanlara dönüşü bir qədər vaxt alacaq. Belə ki, Ağabala ilə Lazarın durumu nisbətən yaxşılaşıb. Odur ki, hər iki futbolçu fərdi məşqlərə start verib. Bir neçə gündən sonra kollektiv çalışmalarda iştirak edəcəklər. "Neftçi"ylə fevralın 7-dəki cavab qarşılaşmasında əsas heyətdə meydana çıxacaqları inandırıcı görünmür. 

Ruslan Qurbanova gəlincə, təcrübəli futbolçu hələ də müalicəsini davam etdirir. Ruslanın dönüşü bir qədər gec olacaq.