“Qarabağ” klubunda mətbuat xidmətinin yeni rəhbəri məlum olub.

Offsideplus.az Ağdam təmsilçisinin rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, Nurlan İbrahimovun gedişindən sonra boş qalmış bu vəzifəyə tanınmış jurnalist Gündüz Abbaszadə təyin edilib.

Xatırladaq ki, UEFA İbrahimovu Dağlıq Qarabağ münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə futboldan ömürlük kənarlaşdırıb.