Bu gün Azərbaycan Kubokunun 1/4 final matçında "Keşlə" - "Kəpəz" matçı (1:0) baş tutub.

Offsideplus.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə oyundan sonra açıqlama verib:

"Hesab edirəm ki, müdafiədə komandamız pis oynamadı. İkinci hissədə əks-hücumlarımız vardı, lakin futbolçuların soyuqqanlığı çatmırdı ki, rəqib qapısına yaxınlaşa bilsinlər. Cavan uşaqlardır, o qədər də ustalıqları yoxdur. Komandamdan razı qaldım. Bu gün bacardıqları qədər öz oyunlarını göstərdilər".

60 yaşlı mütəxəssis penalti epizodu ilə bağlı fikirlərini bölüşüb: "Açığı, həmin epizodu görmədim. Rəhim bizim təcrübəli hakimlərimizdən biridir. Əgər onlar təyin ediblərsə, demək var imiş".