2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı üçün qonaqpərvərlik paketləri artıq satışa çıxarılıb.

Offsideplus.az xəbər verir ki, azarkeşlər paketləri bu gün Bakı vaxtı ilə saat 15:00-dan etibarən əldə edə bilərlər.

 Paketlərin qiyməti 950 ABŞ dollarından başlayır, ən bahalısı isə 203 000 ABŞ dolları təşkil edir.

Qeyd edək ki, mundial 21 noyabr - 18 dekabrda baş tutacaq.