Xəbər verdiyimiz kimi "Qarabağ" klubu Vild-Donald Gerye ilə yollarını ayırıb.

Səbəbkar Offsideplus.az-a verdiyi eksklüziv açıqlamada bunları dedi: "Qarabağ" rəhbərliyi ilə danışdıq və qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verildi. Əslində mən "Qarabağ"da qalmaq istəyirdim, sadəcə eyni anda iki cəzanın verilməsi məni məmnun etmirdi. Ya 20 000 dollar cəzalanıb, əsas komandaya qayıdardım, ya da əvəzedici komandaya göndəriləcəkdimsə, 20 000 dollar cəzalandırılmamalıydım. Ona görə bu məni qane eləmədi. Belə olduğu halda rəhbərliyə fikrimi dedim, məni anlayışla qarşıladılar. Yaxın iki-üç gün ərzində Azərbaycanı tərk edəcəm. Artıq yeni klubum da məlumdur: Kiprin "Apollon" klubu ilə razılığa gəlmişəm. Bundan sonra karyeramı bu klubda davam etdirəcəm".

Qeyd edək ki, yayda "Neftçi"dən ayrılan  Baqali Dabo da "Apollon"un uğurları üçün tər tökür.