Azərbaycan Premyer Liqasının V turundan təxirə salınan "Qarabağ" - "Səbail"lə matçı bu gün baş tutuacaq.

Offsideplus.az xəbər verir ki, meydan sahibləri oyuna üç itki ilə çıxacaqlar.

Zədədən əziyyət çəkən Filip Ozobiç hələ də hazırlıq proseslərinə qoşula bilmir. Ağdam təmsilçisinin müdafiəçiləri Kevin Medina qırmızı vərəqə, Donald Gerye isə intizam qaydasını pozaraq əvəzedici komandaya göndərildiyi üçün oyunu buraxacaq.

Qeyd edək ki, bu gün "Azərsun Arena"da keçiriləcək "Qarabağ" - "Səbail" matçı saat 16:00-da başlayacaq.