“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov bu gün istefa ərizəsini rəhbərliyə təqdim edib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, rəhbərliklə baş tutan kgörüşdən sonra Hüseynovun istefası qəbul olunub.

Qeyd edək ki, Yunis Hüseynov “Keşlə”yə 2020-ci ilin avqustunda baş məşqçi təyin olunmuşdu.

“Keşlə” Premyer Liqada 14 turdan sonra 13 xalla 7-ci pillədə qərarlaşıb. Hüseynovun istefasının səbəbi komandanın uğursuz çıxış etməsidir.