Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün Niderlandın "Telstar" klubunda debüt matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi I Divizionun XXI turunda AZ klubunun əvəzedici komandası ilə görüşün 67-ci dəqiqəsində meydana daxil olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə bitib.

"Telstar" bu nəticədən sonra 21 oyundan sonra 32 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Sabah" klubu Ozan Can Kökçünu "Telstar"a mövsümün sonunadək icarəyə verib.