"Neftçi"nin "Keşlə" ilə yoldaşlıq matçında (4:3) hamı iştirak etsə də, Yusuf Laval gözə dəymədi.

"Kəpəz"lə sınaq matçında da (1:0) forma geyinməyən afrikalı yarımmüdafiəçi hələ də Bakıya qayıtmayıb. Halbuki yanvarın 11-12-nə qədər düşərgədə olmalıydı. 

Offsideplus.az məsəyə aydınlıq gətirmək üçün klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladı Allahverdiyev Bakıya dönüşün səbəbini açıqladı: "Yusuf pasport probleminə görə hələ də Nigeriyadadır. Pasportunun vaxtı bitmişdi. Bir dəfə Yusufu İstanbula göndərmişıdik ki, ordan rahat alsın, lakin ala bilməmişdi. Pasport almaq müəyyən vaxt aparır. Ona görə də yubanır. Bu gün pasportunu götürnəlidir. Götürsə, sabah yola çıxır, şənbə, uzağı bazar günü Bakıda olacaq".

Qeyd edək ki, 22 yaşlı futbolçu "Neftçi"nin əsas heyət üzvlərindən hesab olunur.