"Səbail" klubunun qapıçısı Nikolas Hagens paylaşımı 10 mindən çox "bəyənmə" alıb.

Offsideplus.az xəbər verir ki, paytaxt klubu dünən "Facebook" səhifəsində qvatemalalı qapıçısı ilə bağlı paylaşım edib.
"Bu paylaşım xüsusi olaraq qvatemalalı azarkeşlərimiz üçündür" sözlərini qeyd edən "dənizçilər"in həmin foto-paylaşımı çoxlu reaksiya alıb.