"Keşlə" heyətini növbəti futbolçu ilə gücləndirəcək.

Offsideplus.az etibarlı mənbədən əldə etdiyi məlumat əsasında xəbər verir ki, paytaxt təmsilçisi Sadio Tounkara ilə müqavilə bağlama hazırlaşır. Malili yarımmüdafiəçi artıq Bakıya gəlib və bir neçə gündür komandanın məşqlərində iştirak edir. Yunis Hüseynov vaxtilə "Xəzər Lənkəran"da rəhbərliyi altında çıxış etmiş futbolçunun xidmətinə ehtiyac duyub.

28 yaşlı futbolçu vaxtilə "Xəzər Lənkəran" (2012-15), AZAL (2016-17) və "Zirə"nin (2017-19) uğurları üçün tər tpküb.

Qeyd edək ki, "Keşlə" qış fasiləsində Anatole Abanq və Nicat Qurbanovla müqavilə bağlayıb. thumb700 20120724062607532