"Sumqayıt"ın heyətinə qatmağa hazırlaşdığı iranlı futbolçu Höccət Haqverdi Azərbaycana gəlib.

Offsideplus.az "Report"a istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi artıq Bakıdadır. Onunla 2020/2021 mövsümünün sonunadək müqavilə imzalanacağı bildirilib.

Haqverdi son olaraq ölkəsinin "Paykan" klubunda çıxış edib.

Qeyd edək ki, "Sumqayıt" daha əvvəl "Neftçi"dən Cabir Əmirlini icarəyə götürüb və sabiq hücumçusu Mehdi Şərifini transfer edib.

ac25ea28 f2b1 31ac 805c f065983ce4ba