"Qarabağ"ın legionerlər üçün istirahət müddəti yanvarın 8-də başa çatmalıydı.

Həmin gün komanda tam tərkibdə Qurban Qurbanovun sərəncamında olmalıydı. Lakin işlər heç də əvvəldən planlaşdırılan şəkildə davam etmir.

Offsideplus.az xəbər verir ki, Vild-Donald Gerye bu səbəbdən Azərbaycana qayıda bilmir. Digər legioner - Xayme Romero isə Madriddən Bakıya uçmaqda çətinlik çəkir. İş burasındadır ki, İspaniyada hava şəraitinin qarlı və dumanlı keçməsinə görə təyyarə reysləri təxirə salınıb. Xayme də məhz bu səbəbdən nəzərdə tutulan vaxtda qayıda bilməyib. İspan yarımmüdafiəçinin yanvarın 13-nə qədər Bakıda olması planlaşdırılır.

Qeyd edək ki, pasportunu dəyişən Abdulla  Zubirlə şəxsi işlərinə görə əlavə bir neçə gün vətənində qalan Kevin Medina "Qarabağ"a qoşulub.