“Sumqayıt” klubu İrandan mərkəz müdafiəçisi transfer edir.

Offsideplus.az  persianfootball.com saytına istinadən xəbər verir ki, həmin ölkənin mərkəz müdafiəçisi Höccət Haqverdi karyerasını Azərbaycan Premyer Liqasında davam etdirəcək. “Paykan”la müqaviləsinə xitam verən 28 yaşlı oyunçunun adı “Persepolis”lə hallansa da, o, “Sumqayıt”la anlaşıb. Haqverdi tezliklə Azərbaycana gələrək, “kimyaçılar”a qoşulacaq və yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək.
Qeyd edək ki, “Sumqayıt” qış fasiləsində hələlik yalnız Cabir Əmirlini “Neftçi”dən icarəyə götürüb.