"Keşlə" klubu futbolçusu Aleksandr Kriştovao ilə müqaviləyə birtərəfli qaydada xitam verib.

Offsideplus.az xəbər verir ki, anqolalı hücumçu artıq paytaxt təmsilçisinə məxsus deyil.

Ötən ilin yayında komandanın düşərgəsini icazəsiz tərk edən 28 yaşlı forvard "Keşlə"dən FIFA-ya şikayət edib. Klub da öz növbəsində təcrübəli oyunçu ilə bağlı ali futbol qurumuna üz tutub.