DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya və Azərbaycan milli komandaları arasında keçiriləcək qarşılaşmanın stadionu açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyasının prezidenti Fernando Qomeş qurumun rəsmi saytına açıqlamasında matçın paytaxt Lissabonda yerləşən və "Sportinq" klubuna məxsus olan "Joze Alvalade" arenasında oynanılacağını bildirib.

Qeyd edək ki, martın 24-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Azərbaycan millisi A qrupunda Portuqaliya ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq.