“Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ilk yoxlama oyununun məkanı və başlanma vaxtı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Samir Abasovun komandası yanvarın 10-da “Kəpəz”lə "Türk Hava Yolları Futbol Mərkəzi”ndə görüşəcək.
Saat 15:00-da başlayacaq matçın "Neftçi TV” vasitəsilə canlı yayımlanması planlaşdırılır.
"Neftçi”nin ikinci sınaq matçı ayın 14-də "Keşlə”yə qarşı olacaq. Ancaq bu görüşün məkanı vəı başlanma saatı hələ bilinmir.
Qeyd edək ki, vaxtilə "Kəpəz" - "Neftçi" oyunları ölkə çempionatında derbi sayılırdı. İndi isə...