"Neftçi"nin kapitanı Emin Mahmudova Kipr təmsilçisi "Apollon"dan təklif gəlib.

Offsideplus.az xəbər verir ki, bunu futbol agenti Aleksandr Manyakov şəxsi teleqram kanalında yazıb. Kipr klubunun nümayəndələrinin 28 yaşlı yarımmüdafiəçi üçün onunla əlaqə saxladığını deyən Manyakov Eminin təklifi qəbul etmədiyini bildirib:

"Çoxları Emin Mahmudovu Moskva "Spartak"ı və digər rus klublarındakı çıxışlarından xatırlayır. İndi "Neftçi" nin kapitanıdır. Eminin müqaviləsi bitirdi, "Apollon"un nümayəndələri mənimlə əlaqə yaratdılar. Komanda Avropa Liqasında oynadı, həqiqətən Mahmudovu heyətdə görmək istəyirdilər. Yaxşı şərtlər irəli sürdülər. Danışıqlar apardıq, oyunçu hər şeyi bəyəndi. Ambisiyaları olan Avropa klubu həmişə maraqlıdır. Mahmudov sonda mənəvi və etik səbəblərdən keçidi rədd etdi. Kapitan olduğu və bir neçə il keçirdiyi komandaya xəyanət edə bilməyəcəyini anladı. Eləcə də, Bakını tərk edərək Kiprə getməyin yanlış olacağını düşündü".