Qış fasiləsinin ilk transferi gerçəkləşib.

“Keşlə” kamerunlu hücumçu Anatole Abanqı heyətinə qatıb. 

Offsideplus.az xəbər verir ki, bu barədə paytaxt klub saytı məlumat yayıb. 24 yaşlı forvardla 1 illik müqavilə imzalanıb. 

Sonuncu dəfə “Şerif”in formasını geyən Abanq buna qədər Çinin “Nantoq”, ABŞ-ın “Nyu York Red Bulls”, Rumınıyanın “Astra”, Finlandiyanın SJK, Danimarkanın “Hobro” və Kamerunun “Reynbou” klublarında çıxış edib. Kamerun millisinin heyətində meydana çıxdığı 6 oyunda isə 1 qol vurub. 

Qeyd edək ki, Abanq yayda Bakıya səfər etmişdi. Afrikalı forvard Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində avqustun 26-da baş tutan "Qarabağ" - "Şerif" oyununda 90 dəqiqə forma geyinmişdi.