"Sabah" heyətini yeni futbolçuyla gücləndirib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Bəxtiyar Həsənalızadə ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt” (2011-2019) və “Zirə” (2019-2020) klublarında çıxış edib. Bəxtiyar komandamızda 34 nömrəli formada çıxış edəcək.