Premyer Liqanın XIII turunda evdə "Zirə"ylə qarşılaşacaq "Qarabağ" bu gün matçın hazırlıqlarını klubun bazasında tamamlayıb.

Offsideplus.az xəbər verir ki, komanda oyunöncəsi koronavirus testindən keçib. Gənc futbolçu Zamiq Əliyevdən başqa bütün testlərin nəticələri neqativ olub.

Qeyd edək ki, "Qarabağ" - "Zirə" matçı sabah, saat 16:00-da start götürəcək.