Bosniya və Herseqovinada təşkil olunmuş 16 yaşadək qızlar arasında UEFA İnkişaf turnirinə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığması turnirin sonuncu günündə meydan sahibləri ilə qarşılaşıb.

Millimiz bu görüşdə 1:2 hesabı ilə məğlub olub. 

Qeyd edək ki, komandamız ilk görüşündə Makedoniya ilə əsas vaxtı 1:1 hesablı heç-heçə ilə bitən görüşdə penaltilər seriyasında qələbə qazanıb - 6:5. Xorvatiya ilə növbəti görüşün də əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. Lakin penaltilər seriyasında bu dəfə rəqib üstün olub - 3:2.