13-cü tur çərçivəsində "Qarabağ" "Zirə"ni qəbul edəcək. İki yaxın dost - Qurban Qurbanovla Rəşad Sadıqovun duelini izləmək öz yerində. Prinsipial məqam təbii ki, eyni xala malik turnir cədvəlindəki qonşu komandaların matçı qələbə ilə başa vurmaq istəyi olacaq. 

Offsideplus.az xəbər verir ki, ağdamlılar vacib qarşılaşma öncəsi sevindirici xəbər alıb. Belə ki, "Qəbələ"ylə səfər matçını kənardan izləyən Xayme Romero ilə Şahruddin Məhəmmədliyevin karantin dövrü başa çatıb. Fiziki durumları qaydasında olsa, sabah oynaya biləcəklər. 

Qeyd edək ki, "Qarabağ" bu gün səhər saatlarında koronavirus testi verib. Nəticələr bu axşam açıqlanacaq.