"Neftçi"nin futbolçusu üçün il başa çatıb.

Offsideplus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Samir Abasov mətbuat konfransında deyib. 42 yaşlı çalışdırıcı Yusuf Lavalın zədəsinin ciddi olduğunu, bu üzdən dekabrın 24-də "Keşlə"yə qarşı oynamasının mümkünsüzlüyünü dilə gətirib. 

Qeyd edək ki, Laval "Sabah"la oyunun 61-ci dəqiqəsində arxa əzələsini zədələdiyi üçün Sabir Buqrinlə əvəzlənmişdi.