Premyer Liqanın 12-ci turu çərçivəsində maraqlı qarşılaşmalardan biri "Sabah"la "Neftçi" arasında baş tutacaq.

Hər iki komandada koronavirus yoluxması ilə bağlı son xəbərlər üzləri güldürür. Lakin bu, meydan sahiblərinin oyuna tam qüvvə ilə çıxacaqlarından xəbər vermir.

Offsideplus.az xəbər verir ki, "tələbələr" virusu sağaltmağa çalışan Ulisse Diallodan başqa daha 3 futbolçunun xidmətindən məhrumdur. Bunlar zədəlilər - Saşa Stamenkoviçlə Bəhlul Mustafazadə və koronavirusdan yeni qurtulmuş Məhəmməd Mirzəbəyovdur.

Saşa üçün il başa çatıb. Bəhlul isə məşqlərdə iştirak etsə də, tam gücü ilə oynama hazır deyil. Məhəmmədə gəlincə, müdafiəçi dünənə qədər karantindəydi, məşqlərdə görünmürdü. Belədə Visente Qomesin fiziki durumu qaydasında olmayan futbolçuya şans verəcəyi inandırıcı deyil.