Azərbaycan Birinci Divizionunda 11-ci tura start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutub. Turun açılış matçında “Zaqatala” “Sabah”ın əvəzediciləri ilə qarşılaşıb. Oyun meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb. “Keşlə-2” “Qaradağ Lökbatan”ı qəbul edib. 7 qolun vurulduğu matçda meydan sahibləri qələbəyə sevinib. Günün son matçında “Kəpəz” “Sumqayıt”ın ikinci komandası ilə qarşılaşıb. Bu matç isə məhsuldar heç-heçə ilə bitib.

18 dekabr
 "Zaqatala" – "Sabah-2" -  3:0
Qol:
 Rəhman Şabanov, 34. Bəhruz Teymurov, 58. Ramin Əhmədov, 75.
 
"Keşlə-2" – "Qaradağ Lökbatan" - 4:3
Qol:
 Emin Quliyev, 27. Elvin Sərkərov, 71-avtoqol. Elmir Rəhimzadə, 77. Elnur Süleymanov, 81 – Nizami Səmədov, 59. Sərcan Omarov, 78 - avtoqol. Hüseyn Hüseynli, 90+3.
 
"Kəpəz" – "Sumqayıt-2" -  2:2
Qol
: Ruslan Süleymanov, 46. Emil Qasımov, 47 – Elçin Əsədov, 24-pen. Rüstəm Hümbətov, 42.