"Keşlə" klubunun baş məşqçisi Yunis Hüseynov koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

55 yaşlı mütəxəssis hazırda həkimlərin nəzarəti altında müalicəsini davam etdirir.