Azərbaycan 1-ci divizionunun 10-cu turunda ötən gün MOİK-i qəbul edən (2:0) "Turan Tovuz"un futbolçuları xüsusi addımla yadda qalıblar.

Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisinin oyunçuları matç zamanı əsgərlərimizi yad edib.  Belə ki, komanda Vidadi Cəfərovun vurduğu qoldan sonra sevincini əsgər salamı ilə qeyd edib.

Həmin görüntüləri təqdim edirik: