Azərbaycan 1-ci divizionunda 10-cu turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 4 matç baş tutub. “Neftçi-2” “Zaqatala” ya 3:2, “Qarabağ-2” “Qaradağ Lökbatan”a 3:0, “Sumqayıt-2” “Keşlə-2”yə 2:0 hesabı ilə qalib gəlib. “Kəpəz” – “Sabah-2” görüşündə isə hesab açılmayıb.

Qeyd edək ki, tura sabah keçiriləcək “Turan Tovuz” - MOİK qarşılaşması ilə yekun vurulacaq.

13 dekabr (bazar)

13:00. “Neftçi-2” – “Zaqatala” - 3:2 (Emin Zamanov, 14-pen. Seymur Əliyev, 45+4. Famil Camalov, 69. - Xəqani Sadıxov, 77. Salman Ələsgərov, 84.)

14:00. “Kəpəz” – “Sabah-2” - 0:0

14:00. “Qaradağ Lökbatan” – “Qarabağ-2” - 0:3 (Nəriman Axundzadə, 29, Sultan Mustafayev, 84, Riad Abbaszadə, 90+5.)

14:00. “Sumqayıt-2” – “Keşlə-2” - 2:0 (Mehman Məsimov, 27. Cavidan Abbaszadə, 38.)

14 dekabr (bazar ertəsi)

14:00. “Turan Tovuz” - MOİK
Gəncə şəhər stadionu