"Keşlə"nin koronavirusa yoluxmuş bir neçə futbolçusu artıq sağalıb.

Offsideplus.az xəbər verir ki, Rafael Məhərrəmli, Xəzər Mahmudov, Rail Məlikov, Rəşad Sadiqov, Stanislav Namaşko Tural Axundovun son COVID-19 testlərinin nəticəsi neqativ çıxıb. 

Paytaxt təmsilçisində Miyusko Boyoviç xəstəxanada müalicəsini davam etdirir. Bundan əlavə Con Kamara Turan Vəlizadə aktiv koronavirus xəstələridir.

Qeyd edək ki, "Keşlə" Premyer Liqasının 12-ci turunda dekabrın 20-də "Səbail"i qəbul edəcək (Report).