Yayda "Zirə"dən ayrılandan sonra klubsuz qalan Bəxtiyar Həsənalızadə yenidən sevimli peşəsinə dönüb.

Offsideplus.az xəbər verir ki, "Sabah" millimizin sabiq üzvünü düşərgəyə dəvət edib.

O, artıq Masazır təmsilçisinin məşqlərində iştirak edir. Visente Qomez yoxlanışa cəlb elədiyi arxa xətt oyunçusunu bəyənərsə, yeni il öncəsi müqavilə imzalanacaq.

Xatırladaq ki, Həsənalızadə karyerası ərzində "Sumqayıt" və "Zirə"də çıxış edib. O, Qurban Qurbanovun baş məşqçi olduğu dönəmdə milliyə də çağrılıb. (sportinfo)