Dekabrın 20-də Premyer Liqada 13-cü turun oyunları keçiriləcək.

Həmin vaxta qədər koronavirusa yoluxmuş futbolçular xəstəlikdən azad olmalıdır ki, komandalarımeydana çıxa bilsin. 

Offsideplus.az xəbər verir ki, "Keşlə"də bu baxımdan vəziyyət ürəkaçan deyil. Belə ki, "qırmızılar"ın 15 futbolçusu hazırda karantinə alınıb, ev şəraitində müalicə alır. Onların "Səbail"ə matça qədər hazır olub-olmayacaqları sual altındadır. Əvəzində, baş məşqçi Yunis Hüseynov 8-9 futbolçu ilə məşq etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, bir müddət öncə virusa yoluxduğu deyilən milli üzvləri - Şəhriyar Rəhimov, Vüsal İsgəndərli və Rəhman Hacıyev artıq sağalıb.