“AFFA, Peşəkar Futbol Liqası (PFL) və Klublar Komitəsinin birgə videokonfransı keçirilib. Klublarla çempionatla bağl müzakirələr aparılıb. Ancaq hansı təkliflərin müzakirə olunmasını deyə bilmərəm”.

Offsideplus.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev deyib.

O bildirib ki, PFL koronavirus pandemiyasına görə dayandırılan çempionatın davam etdirilməsini istəyir: “Təbii ki, PFL çempionatın davam etdirilməsinin tərəfdarıdır. Bizim mövqeyimiz budur. Ancaq futbolçuların sağlamlığı da bizim üçün önəmlidir”.

PFL rəsmisi təxirə salınan 12-ci turun oyunlarının nə vaxta təyin ediləcəyi haqda indidən qərar verməyin çətin olduğunu bildirib.

Qeyd edək ki, AFFA PFL və klublarla videokonfrans formatında iki iclas keçirib. Bugünkü iclasda yekun qərarın PFLtərəfindən veriləcəyi bildirilib (Qol.az).