"Qarabağ"a verilən cəza yüngülləşdirilə bilər.

Bunu offsideplus.az-a açıqlamasında idman hüquqşünası Fərid Haqverdiyev bildirib. Fərid bəy məsələylə bağlı bunları deyib: "UEFA-nın "Qarabağ"a göndərdiyi məktub işin ilk hissəsidir. Yəni orda cəza və cərimə haqda ümumi məlumat verilib. Yaxın günlərdə daha ətraflı, nəticəvi məktub də göndəriləcək. Burda cəza və cərimənin hansı əsasla verildiyi, qərarın kimlər tərəfindən qəbul olunduğu, cəza verilərkən hansı qanun pozuntularının aşkarlarndığı detallı şəkildə göstəriləcək. Yekun nəticə "Qarabağ"a göndəriləndən sonra klubun üç gün müddətində apellyasiya şikayəti etmək imkanı olacaq. Bundan sonrakı 10-15 gün ərzində UEFA yekun mövqeyini açıqlayacaq. Cəza və cərimənin yüngülləşdirilməsi ehtimalı var. Lakin dəyişməyə də bilər. Dəyişməyəcəyi halda "Qarabağ" İdman Arbitraj Məhkəməsinə müraciət etmək hüququna malikdir. Klubun vəkilin xidmətindən istifadə etməsi isə dediyim ikinci, yəni nəticəvi məktubun "Qarabağ"a göndərilməsindən sonra mümkündür".

Qeyd edək ki, Nurlan İbrahimovun sosial şəbəkədə yazdığı "ermənilərin uşaqları, yaşlı insanlarıvə qadınları da öldürülməlidir" sözlərə görə UEFA klub rəsmisini futboldan ömürlük uzaqlaşdırıb, klubun 100 min avro (187 min manat) məbləğində cərimələmişdi.