"Neftçi"nin başı dərddədir.

Sabah "Zirə" ilə turun mərkəzi qarşılaşmasına çıxacaq "ağ-qaralar"da ciddi itkilər var.

Offsideplus.az klubun Marketinq və Mətbuatla Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevdən aldığı məlumata əsasən xəbər verir ki, bakılılar dörd əsas futbolçunun xidmətindən yararlana bilməyəcək. Bunlar koronavirusa yoluxduğuna görə müalicə alan Emin Mahmudovla Mirabdulla Abbasov, həmçinin uzun müddətdir zədədən əziyyət çəkən Səlahət Ağayevlə Stiven Jozef-Monrozdur.