"Çətin oyun oldu.

"Keşlə” ilk görüşdə bizi 1:0 hesabı ilə məğlub etmişdi. Bizim üçün çətin idi. Bir az psixoloji gərginlik vardı ki, qol vurmalıyıq. Bu da öz oyunmuzu göstərməyə mane oldu. Ona görə də bu cür nəticə qeydə alındı”. 

Futbol11.az xəbər verir ki, bunu "Sumqayıt”ın futbolçusu Bəxtiyar Həsənəlizadə "Keşlə” ilə Azərbaycan Kubokunun yarım final mərhələsinin cavab görüşündə 1:1 hesablı heç-heçədən sonra söyləyib.