"Qarabağ" və Azərbaycan millisində çıxış edən Bədavi Hüseynov zədələnib.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı müdafiəçi UEFA Millətlər Liqasının qrup mərhələsində Lüksemburqa qarşı oyunda xəsarət alıb.

Hüseynov baldır əzələsini zədələyərək 43-cü dəqiqədə meydanı tərk edib. Onu Şəhriyar Əliyev əvəz edib.