Gürcüstan yığması başsız qalıb.

Buna səbəb Vdamimir Vayssın istefa verməsidir. Offsideplus.az Gürcüstan millisinin "tvitter" səhifəsində yazılanlara əsasən xəbər verir ki, slovakiyalı mütəxəssis Şimali Makedoniyaya yenilgidən sonra postundan ayrılmaq istədiyini bildirib.

Baş məşqçinin istefası ilə bağlı dedikləri: "Nəticəyə görə cavabdehlik mənim üzərimdəydi. Gürcüstanda hamı bizə inanırdı, lakin biz uduvduq. Rəqib daha yaxşı oynayıb, final mərhələsinə layiqli vəsiqə qazandı. Buna görə onları təbrik edirəm. Biz isə 90 dəqiqə ərzində "çərçivə"yə cəmi 1 zərbə endirdik. Missiyam burda başa çatdı. Gürcü azarkeşlərə, futbolçulara və jurnalistlərə təşəkkür edirəm. Həyatımın ən gözəl 5 ilini burda keçirdim. Təəssüf edirəm".