“Qarabağ”ın futbolçusu Filip Ozobiç yaxın gələcəkdə Azərbaycan millisinin şərəfini qoruya bilər.

Offsideplus.az Xorvatiyanın “İndex.hr” saytına istinadən xəbər verir ki, 2016-cı ildən bəri Premyer Liqada çıxış edən Ozobiç martda – Azərbaycanda 5 ili tamam olduqdan sonra yığmada oynamaq haqqı əldə edəcək.
2018-ci ildən “Qarabağ”ın şərəfini qoruyan xorvatiyalı futbolçu daha əvvəl “Qəbələ”nin formasını geyinib.